Development Line

Development Line Development Line - Konsaltinq Xidmətləri

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri Vergi Məcəlləsinin...
10/05/2025

Vergitutma məqsədləri üçün müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin orta illik qalıq dəyəri Vergi Məcəlləsinin 202-ci maddəsinə uyğun olaraq müəyyən edilir və aşağıdakı qaydada hesablanır:

🔹Müəssisənin və fərdi sahibkarın əsas vəsaitlərinin hesabat ilinin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.

🔹Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində yaradıldıqda (uçota alındıqda) və ya əmlak vergisi ödəyicisi olduqda, onun əsas vəsaitlərinin yaradıldığı (uçota alındığı) və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür

🔹Müəssisə və ya fərdi sahibkar hesabat ili ərzində ləğv edildikdə və ya uçotdan çıxarıldıqda, onun əsas vəsaitlərinin ilin əvvəlinə və ləğv edildiyi və ya uçotdan çıxarıldığı tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi və ya fərdi sahibkarın uçotdan çıxarıldığı aya qədər olan ayların sayına vurulur.

🔹Kredit təşkilatları hesabat ili ərzində müflis elan olunduqda, onun əmlakının ilin əvvəlinə və müflis elan olunduğu tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən kredit təşkilatının müflis elan olunduğu aya qədər olan ayların sayına vurulur.

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

9 May, Faşizm üzərində Qələbə Günüdür. Qələbə uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsini dərin hörmət və ehtiramla ...
08/05/2025

9 May, Faşizm üzərində Qələbə Günüdür. Qələbə uğrunda həlak olan qəhrəmanlarımızın xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

❕Mövcud qanunvericiliyə edilmiş əsas dəyişikliklərdən birini təqdim edirik. Son yeniliklərdən xəbərdar olmaq üçün səhifə...
06/05/2025

❕Mövcud qanunvericiliyə edilmiş əsas dəyişikliklərdən birini təqdim edirik. Son yeniliklərdən xəbərdar olmaq üçün səhifəmizi izləməyi unutmayın.

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

03/05/2025

Maliyyə hesabatları düzgün və məqsədyönlü istifadə edildikdə, yalnız keçmiş əməliyyatların əks olunması ilə kifayətlənməyib, biznesin cari vəziyyətini qiymətləndirməyə, strateji qərarlar verməyə və resursları səmərəli idarə etməyə imkan yaradır.

Eyni zamanda, bu hesabatlar risklərin vaxtında aşkarlanmasına və şirkətin maliyyə sabitliyinin qorunmasına dəstək olur. ✅

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

Vergi Məcəlləsinə əsasən, 01.01.2023-cü ildən etibarən yalnız hesabat dövründə vergi tutulan və ya vergidən azad edilən ...
01/05/2025

Vergi Məcəlləsinə əsasən, 01.01.2023-cü ildən etibarən yalnız hesabat dövründə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, yaxud vergitutma obyektləri olan vergi ödəyiciləri vergi hesabatını əsas olmadan vaxtında təqdim etmədikdə, vergi orqanının rəhbərinin qərarı ilə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əgər hesabat dövründə heç bir sahibkarlıq fəaliyyəti və ya vergi tutulan əməliyyat aparılmayıbsa, maliyyə sanksiyası tətbiq olunmur.

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

İş dünyasında uğur əldə etmək, doğru strateji və dəqiq yönləndirmə ilə mümkündür. Development Line olaraq, biznesinizi g...
26/04/2025

İş dünyasında uğur əldə etmək, doğru strateji və dəqiq yönləndirmə ilə mümkündür. Development Line olaraq, biznesinizi gücləndirəcək, hər bir addımınızı düzgün istiqamətləndirəcək ən mükəmməl həlləri təqdim edirik. Peşəkar və təcrübəli komandamız, qarşınıza çıxan çətinlikləri və qeyri-müəyyənlikləri aradan qaldırmaq üçün hər zaman xidmətinizdədir.

İndi bizə müraciət edin, biznesinizin inkişafını birgə təmin edək.⤵️

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

"Gəlir vergisinin bəyannaməsi" Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən, gəlir vergisi ödəyiciləri tərəfindən hazırlanı...
24/04/2025

"Gəlir vergisinin bəyannaməsi" Vergi Məcəlləsinin 95-ci maddəsinə əsasən, gəlir vergisi ödəyiciləri tərəfindən hazırlanır. Vergi ödəyicisinin bəyannamə formasının hazırlanması qaydaları ilə tanış olması, eyni zamanda tərtib zamanı "!" durğu işarəsindən, "+", "%" və "Z" simvollarından istifadə etməməsi və bütün yazıları yalnız böyük hərflərlə yazması tövsiyə olunur.

Qaralama və düzəlişlərə icazə verilmir. Bəyannamədəki məbləğlər hər xanada bir rəqəm olaraq qeyd olunmalıdır. Hər hansı riyazi səhv halları vergi orqanı tərəfindən düzəldilir və düzgün hesablanmış vergi məbləğləri proqram təminatı vasitəsilə baza göstəricilərinə birbaşa daxil edilir.

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

19/04/2025

Ən çətin hüquqi məsələləri belə asan və effektiv şəkildə həll etməyə kömək edirik. Bizimlə əlaqə saxlayın, hüquqi rahatlığınız buradan başlasın! ✅

Üstünlüklərimiz:
▪️daxili sənədləşmələrin nizama salınması
▪️hüquqi şəxslərin qeydiyyatı
▪️məktubların və ya digər hüquqi sənədlərin tərtibi
▪️layihə və işlərə dair hüquqi dəstək

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

Dividend hesab edilən ödənişlər aşağıdakılardır:✅Xalis mənfəətin təsisçilər və səhmdarlar arasında bölüşdürülməsi✅Hüquqi...
17/04/2025

Dividend hesab edilən ödənişlər aşağıdakılardır:

✅Xalis mənfəətin təsisçilər və səhmdarlar arasında bölüşdürülməsi
✅Hüquqi şəxs ləğv edilərkən mənfəət hesabına əmlakın bölüşdürülməsi
✅Xalis mənfəət hesabına səhmlərin nominal dəyəri çərçivəsində geri alınması
✅Cəmiyyətin aktivlərinin (borc istisna olmaqla) təsisçiyə və ya onun borclarına yönəldilməsi

📱(+994) 55 250 05 13
📍Əhməd Rəcəbli 27A

Address

Əhməd Rəcəbli 27A
Baku
AZ1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124648640

Alerts

Be the first to know and let us send you an email when Development Line posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Development Line:

Share

Category