Consulting Group MMC

Consulting Group MMC Sertifikasiya, audit, mühasibatlıq, maliyyə, məsləhət və təlim xidmətləri

Consulting Group MMC müraciət edən müştərilərin doğru və güvənəbiləcəyi məsləhətlər alması, aldıqları xidmətlərin keyfiyyətinə və vaxtlı-vaxtında təmin olunmasına əmin olmaları üçün peşəkar mütəxəssislərin birləşdiyi bir müəssisədir. Consulting Group sadəcə hesabatların təqdim olunması ilə məşğul olan sıravi mühasibatlıq şirkəti deyil. Bizim mütəxəssislər müştərinin tələbinə və ehtiyacına uyğun iş

ləri qısa zaman kəsiyində və ən qeyri-adi situasiyalarda belə professionallıqla yerinə yetirmək iqtidarındadırlar və ümumiləşdirmə apararaq deyə bilərik ki, mühasibatlıq, maliyyə, audit, məsləhət və təlim xidmətləri tərəfimizdən yüksək səviyyədə təqdim olunur.

🇦🇿 Güclü dövlət, böyük hədəflər və uğurlu gələcək — birlikdən başlayır!Consulting Group MMC olaraq 28 May – Müstəqillik ...
27/05/2026

🇦🇿 Güclü dövlət, böyük hədəflər və uğurlu gələcək — birlikdən başlayır!

Consulting Group MMC olaraq 28 May – Müstəqillik Günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. Bu əlamətdar gün ölkəmizin gücünü, azadlığını və inkişaf yolundakı qətiyyətini simvolizə edir.

Biz də inkişaf yolunda sizin etibarlı tərəfdaşınız olmağa hazırıq. Uğurlu əməkdaşlıq üçün bizimlə əlaqə saxlayın! ✨

28 May – Müstəqillik Gününüz mübarək! 🇦🇿

🌙 Bu bayram yeni başlanğıclar, güclü əməkdaşlıqlar və uğurlu addımlar üçün gözəl fürsətdir...Consulting Group MMC olaraq...
27/05/2026

🌙 Bu bayram yeni başlanğıclar, güclü əməkdaşlıqlar və uğurlu addımlar üçün gözəl fürsətdir...

Consulting Group MMC olaraq sizi müqəddəs Qurban Bayramı münasibətilə təbrik edir, hər kəsə bol bərəkət, xoşbəxtlik və uğurlar arzulayırıq. 🤍

İnkişaf yolunda etibarlı tərəfdaş axtarırsınızsa — bizimlə əməkdaşlıq edin, biznesinizi birlikdə böyüdək! ✨

Qurban Bayramınız mübarək!

⚠️ Azərbaycanda 3 şirkətə tenderlərdə iştirakla bağlı qadağa tətbiq olundu. Müqavilə öhdəliklərindən imtina və sənədlərl...
16/05/2026

⚠️ Azərbaycanda 3 şirkətə tenderlərdə iştirakla bağlı qadağa tətbiq olundu. Müqavilə öhdəliklərindən imtina və sənədlərlə bağlı pozuntular səbəbilə verilən bu qərar bir daha göstərir ki, tender prosesində düzgün sənədləşmə, qanunauyğun fəaliyyət və məsuliyyətli yanaşma olduqca vacibdir. Xüsusilə tender prosedurlarında edilən hər bir detal şirkətlərin etibarlılığına birbaşa təsir göstərir.

Consulting Group olaraq tender sənədləşməsinin güvənli və peşəkar şəkildə aparılmasına xüsusi önəm veririk, bunun üçün bizə müraciət edə bilərsiniz.

📩 Əlaqə üçün:
📞 Mobil: +994 10 234 70 66
✉️ E-mail: [email protected]

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, yaxın aylarda insanlar maaşlarını istədikləri bank kartı il...
14/05/2026

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib ki, yaxın aylarda insanlar maaşlarını istədikləri bank kartı ilə ala biləcəklər. Bu qayda həm dövlət, həm də özəl sektorda çalışanlara aid olacaq. Daha sonra pensiya alanlar da öz istədikləri bankı seçə biləcəklər. Sistem əvvəlcə Bakı və Abşeronda tətbiq ediləcək. Hazırda texniki hazırlıq işləri aparılır və layihənin 3-4 aya hazır olması planlaşdırılır.

Millətini sonsuz məhəbbətlə sevən dahi lider Heydər Əliyevin doğum günüdür. Onun 'Mən həmişə fəxr etmişəm ki, mən azərba...
10/05/2026

Millətini sonsuz məhəbbətlə sevən dahi lider Heydər Əliyevin doğum günüdür. Onun 'Mən həmişə fəxr etmişəm ki, mən azərbaycanlıyam!' kəlamı hər birimizin qürur mənbəyidir.
“Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” ifadəsi də Heydər Əliyevə məxsusdur.
Auditor xidməti haqqında qanun, Mülki Məcəllə, Vergi Məcəlləsi, Xarici investisiyalar və PSA müqavilələri, Lisenziyalaşdırma və sahibkarlığın qeydiyyatı sistemi, Mühasibat uçotu haqqında ilkin qanunvericilik bazası, Banklar və bank fəaliyyəti haqqında qanunların qüvvəyə minməsi, Auditorlar Palatasının və Vergilər nazirliyinin yaradılması məhz Heydər Əliyevin hakimiyyət illərində baş vermişdir.
Hörmətlə anırıq...

🇦🇿 9 May — Faşizm üzərində Qələbə Günüdür.İkinci Dünya Müharibəsində Azərbaycandan təxminən 700 mindən çox insan cəbhəyə...
10/05/2026

🇦🇿 9 May — Faşizm üzərində Qələbə Günüdür.
İkinci Dünya Müharibəsində Azərbaycandan təxminən 700 mindən çox insan cəbhəyə yollanıb, onların təxminən 300 mini geri qayıtmayıb. Bakı nefti isə müharibə illərində ordunun əsas yanacaq mənbələrindən biri olub.
Bu gün müharibə iştirakçılarının və qəhrəmanların xatirəsini ehtiramla yad edirik.
📌 Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
🔹 Müharibə veteranlarının əməkhaqqının müəyyən hissəsi gəlir vergisindən azaddır
🔹 Milli Qəhrəmanlar və onlara bərabər tutulan şəxslər üçün vergi güzəştləri tətbiq olunur
🔹 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də bir sıra vergi güzəştləri nəzərdə tutulub.
📌 İş və istirahət günləri:
🔹 5 günlük iş həftəsi üçün — 11 May qeyri-iş günü
🔹 6 günlük iş həftəsi üçün — 9 May qeyri-iş günü

🇦🇿 9 May — Faşizm üzərində Qələbə Günüdür.İkinci Dünya Müharibəsində Azərbaycandan təxminən 700 mindən çox insan cəbhəyə...
09/05/2026

🇦🇿 9 May — Faşizm üzərində Qələbə Günüdür.

İkinci Dünya Müharibəsində Azərbaycandan təxminən 700 mindən çox insan cəbhəyə yollanıb, onların təxminən 300 mini geri qayıtmayıb. Bakı nefti isə müharibə illərində ordunun əsas yanacaq mənbələrindən biri olub.
Bu gün müharibə iştirakçılarının və qəhrəmanların xatirəsini ehtiramla yad edirik.

📌 Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən:
🔹 Müharibə veteranlarının əməkhaqqının müəyyən hissəsi gəlir vergisindən azaddır
🔹 Milli Qəhrəmanlar və onlara bərabər tutulan şəxslər üçün vergi güzəştləri tətbiq olunur
🔹 Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün də bir sıra vergi güzəştləri nəzərdə tutulub.

📌 İş və istirahət günləri:

🔹 5 günlük iş həftəsi üçün — 11 May qeyri-iş günü

🔹 6 günlük iş həftəsi üçün — 9 May qeyri-iş günü

İşçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılması üçün 2003-cü ildən...
28/04/2026

İşçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına ictimaiyyətin diqqətinin artırılması üçün 2003-cü ildən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir.

28/04/2026

30 Aprel – İllik maliyyə hesabatlarının təqdim edilməsi üzrə son tarix (konsolidə edilmiş hesabatlari istisna olmaqla)

Azərbaycan qanunvericiliyinə əsasən, kommersiya təşkilatlarının illik maliyyə hesabatları – hesabat ilindən sonrakı ilin 30 aprel tarixinədək təqdim edilməlidir.

Hesabatlar kimə təqdim edilir?

• Kommersiya təşkilatları hesabatlarını tabe olduqları yuxarı təşkilata təqdim edir.
• Belə təşkilat yoxdursa, hesabatlar təsisçiyə və ya təsisçilərə təqdim edilir.
• Valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olan şəxslər, kredit büroları və poçt rabitəsinin milli operatoru hesabatlarını əlavə olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim etməlidir.

Hesabatların təqdim edilməsi barədə məlumatlar son təqdimetmə tarixindən sonra 10 gün ərzində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə bildirilməlidir.

Məcburi audit subyektləri üçün diqqət:

Mikro və kicik sahibkarlıq subyektləri* istisna olmaqla, təşkilatlar üçün maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə hazırlanması və vaxtında tamamlanması vacibdir.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, məcburi auditdən yayınmağa görə:

• Vəzifəli şəxslər – 300 AZN – 600 AZN
• Hüquqi şəxslər – 1,500 AZN – 2,500 AZN məbləğində cərimə edilə bilər.

* mikro sahibkarlıq işçi sayı 10 nəfərə qədər və illik satış dövriyyəsi 200 min manata qədər, kicik sahibkarlıq işçi sayı 11-50 nəfər və illik satış dövriyyəsi 200 min manatdan – 3 milyon manata qədər olan sahibkarlıq subyektidir.

30 aprel əksər müəssisələr üçün illik statistika hesabatlarının təqdim edilməsi üçün son tarixdir.Statistik hesabatlar s...
27/04/2026

30 aprel əksər müəssisələr üçün illik statistika hesabatlarının təqdim edilməsi üçün son tarixdir.

Statistik hesabatlar sadəcə inzibati öhdəlik deyil — onlar ölkə iqtisadiyyatının real mənzərəsini formalaşdıran əsas məlumat mənbəyidir. Müəssisələr tərəfindən təqdim olunan məlumatlar dövlətin planlama, iqtisadi qərarvermə, regional inkişaf və resurs bölgüsü prosesində mühüm rol oynayır.

Hesabatların vaxtında və düzgün təqdim edilməsi:

* iqtisadi göstəricilərin real hesablanmasına kömək edir
* dövlət siyasətinin daha düzgün qurulmasına şərait yaradır
* biznes və investisiya mühitinin etibarlılığını artırır
* statistik məlumatların keyfiyyətini qoruyur

Ətraflı məlumat və hesabat təqvimi üçün: https://www.stat.gov.az/menu/4/e-reports/calendar/04_apr.php

Qeyd edək ki, statistik hesabatların təqdim edilməməsi və ya təhrif olunmuş formada təqdim edilməsi inzibati məsuliyyət yaradır. Qanunvericiliyə əsasən, tətbiq olunan cərimələrin minimum məbləği 300 manatdır.

Vaxtında təqdim edilən hesabat — həm qanunvericiliyə uyğunluq, həm də iqtisadi şəffaflığa töhfədir.

Address

Əhməd Rəcəbli 33, Esra Plaza, Blok A, 4-cü Mərtəbə
Baku
AZE1075

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124657515

Alerts

Be the first to know and let us send you an email when Consulting Group MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Consulting Group MMC:

Share