Meslehetci.az

Meslehetci.az Консалтинговое агентство

Marsol Group-un təşkilatçılığı ilə 30-dan çox sahibkar işgüzar axşam ziyafətində bir araya gəlib. 21 aprel tarixində “Ma...
22/04/2026

Marsol Group-un təşkilatçılığı ilə 30-dan çox sahibkar işgüzar axşam ziyafətində bir araya gəlib.

21 aprel tarixində “Mangal Steak House”da baş tutan görüşdə Marsol Group-un sponsorları ilə yanaşı, ölkədə müxtəlif sahələrdə fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri də iştirak ediblər. Tədbirin əsas məqsədi sahibkarlar arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və biznes mühitində qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub.

Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək təşkilatın fəaliyyəti və həyata keçirilən layihələr barədə iştirakçılara ətraflı məlumat verib.

Tədbir çərçivəsində iştirakçılar arasında tanışlıqlar baş tutub, biznesə dair aktual mövzular müzakirə olunub və yeni əməkdaşlıq perspektivləri dəyərləndirilib. Səmimi və işgüzar atmosferdə keçən görüş iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

📢 Şirkətimizin peşəkar Təlimçilərindən biri olan Elnur Xıdırovun rəhbərliyi "0-dan praktiki mühasibatlıq" təliminə qeydi...
22/04/2026

📢 Şirkətimizin peşəkar Təlimçilərindən biri olan Elnur Xıdırovun rəhbərliyi "0-dan praktiki mühasibatlıq" təliminə qeydiyyat başladı!

🔹 Onlayn və əyani dərslər;
🔹 Mühasibatlığın 0-dan nəzəri və praktiki öyrənilməsi;
🔹 Dərslərin videosu çəkilərək tələbərə təqdim edilməsi;
🔹 Təlim sonunda rəsmi Sertifikat;
🔹 Dərs prosesi müddətində qrup sayına əsasən hər kəsə fərdi yanaşılma (mövzunun tək-tək öyrədilməsi);
🔹 Ən əsası, Təlim sonunda işə qəbula 100% dəstək.

⚠ Yerlər məhduddur. İNDİ MÜRACİƏT EDİN!

📌 Təlimlərdə iştirak edib, biliklərinizi artırmaq və gələcək addımlarınızı daha sağlam atmaq istəyirsizsə təlimlərimizə sizdə qoşulun!

📩 Daha ətraflı məlumat əldə etmək üçün şərh bölməsində "+" qoya və ya WhatsApp vasitələr ilə bizimlə əlaqə saxlaya bilərsiniz.

🌐 www.meslehetci.az
📱 ‪‪‪+994 55 511 13 65‬‬‬
📍 Əhməd Rəcəbli 3 küçəsi, bina 7

17 aprel tarixində İCMA ilə Dövlət Vergi Xidməti arasında formalaşmış əməkdaşlıq çərçivəsində Hüquq, maliyyə və biznes k...
19/04/2026

17 aprel tarixində İCMA ilə Dövlət Vergi Xidməti arasında formalaşmış əməkdaşlıq çərçivəsində Hüquq, maliyyə və biznes konsultasiyası komissiyası ilə görüş keçirilib.

Görüşdə konsaltinq xidmətləri göstərən şirkət rəhbərləri iştirak edib, xidmət göstərilən vergi ödəyicilərinin yeni qanunvericilik və vergi sahəsində qarşılaşdıqları çətinliklər müzakirə olunub.

Səsləndirilən məsələlərin sistemləşdirilərək protokollaşdırılması və İCMA adından Dövlət Vergi Xidmətinə təqdim olunması nəzərdə tutulur.

7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin iştirakçıları ilə növbəti dəfə görüş baş tutub.Aprelin 16-ı Marsol Expo-nun ...
19/04/2026

7-ci “Yerli Şirkətlərin Tanıtım Sərgisi”nin iştirakçıları ilə növbəti dəfə görüş baş tutub.

Aprelin 16-ı Marsol Expo-nun təşkil etdiyi “İşgüzar Səhər Yeməyi” çərçivəsində sərgi iştirakçısı olan müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlarla bir araya gəldik.

Görüşdə hər bir iştirakçı fəaliyyətlərini tanıdaraq digər iştirakçılarla yaxından tanış olub. Təqdimatla yanaşı, sərgi ilə bağlı texniki məsələlər də müzakirə olunub, sahibkarların sualları cavablandırılıb.

Nəzərinizə çatdıraq ki, 17-20 iyun tarixlərində “Bakı Ekspo Mərkəzi”ndə 300-dən çox yerli şirkətin iştirakı ilə baş tutacaq sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Aprelin 14-də Marsol Group partnyorları "Crystal Group of Companies" şirkətinin dəvəti ilə "Amoria Flowers & Coffee" da ...
19/04/2026

Aprelin 14-də Marsol Group partnyorları "Crystal Group of Companies" şirkətinin dəvəti ilə "Amoria Flowers & Coffee" da qonaq olub.

"Crystal Group of Companies" şirkətinin İdarə Heyətinin sədri Baxış Əliyev şirkətin fəaliyyət istiqamətləri, xidmətləri və layihələri haqqında geniş məlumat verib.
Həmçinin "Crystal Group of Companies"in tərkibində fəaliyyət göstərən Cyrstal Mebel fabrikinin rəhbəri Rəsul Rəsulov da sahibkarları şirkət haqqında ətraflı məlumatlandırıb.

Daha sonra partnyorlarımız çay süfrəsi ətrafında əməkdaşlıq imkanlarını müzakirə etmək və öz biznes təcrübələrini paylaşmaq imkanı əldə ediblər.
Nəzərinizə çatdıraq ki, Crystal Group of Companies 2002-ci ildə ilk müəssisəsini yaradaraq beton məhsullarının istehsalı ilə sahibkarlıq fəaliyyətinə qədəmlərini atıb. Uzun illər boyu müxtəlif sektorlarda böyüyərək, milli biznes sahəsində özünü təsdiqləyib və dəyər verən müştərilərin inamını qazanıb. 2020-ci ildən “Crystal Group of Companies” Açıq Səhmdar Cəmiyyəti kimi fəaliyyətini davam etdirən şirkətin əsas ofisi Bakı şəhərində yerləşir. Daha çox ənənəvi dəyərlərə inteqrasiya olunan korporativ idarəetmə təcrübəsini əldə rəhbər tutaraq Səhmdar Cəmiyyət milli sahibkarlığa, özəl biznesin inkişafına layiqli töhfələr vermişdir.

🔥 Mühasibatlıq sahəsində karyerana başlamaq üçün fürsəti qaçırma!Cəmi 1 aya 1C mühasibat proqramını sıfırdan praktiki öy...
10/04/2026

🔥 Mühasibatlıq sahəsində karyerana başlamaq üçün fürsəti qaçırma!

Cəmi 1 aya 1C mühasibat proqramını sıfırdan praktiki öyrən, real iş bacarığı qazan!

📌 İşə qəbula 100% dəstək,
📌 Real iş təcrübəsinə əsaslanan praktiki təlim,
📌 Onlayn və əyani dərs imkanı.

💻 Təlim müddətində tələbələrə məsləhətçi şirkətinə məxsus 1C mühasibatlıq proqramının demo versiyası verilir,
🎯 Təlim sonunda fərqlənən tələbələrə ödənişsiz real iş prosesində təcrübə keçmək şansı yaradılır,
🏆 Təlimin sonunda iştirakçılara sertifikat verilir.

⏳ Yerlər məhduddur — indi qeydiyyatdan keç, gələcəyinə investisiya et!

🌐 www.meslehetci.az
📞 +994 55 511 13 65
📍 Əhməd Rəcəbli 3 küçəsi, bina 7

Aprelin 7-də “Günaydın” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-...
08/04/2026

Aprelin 7-də “Günaydın” restoranında ənənəvi “İşgüzar Səhər Yeməyi” çərçivəsində xanım sahibkarların da iştirakı ilə 40-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib.

İştirakçılar öz fəaliyyətlərini tanıdıb, işgüzar əlaqələrin möhkəmləndirilməsi və gələcək planlar üzrə fikir mübadiləsi aparılıb.

Həmçinin görüşdə Məsləhətçi.az şirkətin həmtəsisçisi Abbas Orucəliyev "2026 Vergi Məcəlləsinə dəyişikliklər" mövzusunda sahibkarları məlumatlandırıb.

Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev, Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova görüşdə iştirak edərək adıçəkilən qurumların fəaliyyətləri haqqında məlumat verib, görüş qarşılıqlı müzakirələrlə davam edib.

Sonda 2026-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatı və "Partnyorluğun simvolu" olan yaxa nişanı da təqdim edilib.

🇦🇿 Aprel döyüşləri - Tarixi zəfərimizin başlanğıcıdır. Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin...
02/04/2026

🇦🇿 Aprel döyüşləri - Tarixi zəfərimizin başlanğıcıdır.

Azərbaycanın bütövlüyü uğrunda canını qurban verən şəhidlərimizin xatirəsini ehtiramla yad edirik.

🥀 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və eh...
31/03/2026

🥀 31 Mart - Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad edirik.

🕌 Ramazan bayramınız mübarəkBu gözəl bayram sizə və sevdiklərinizə sağlamlıq, xoşbəxtlik və bərəkət gətirsin.Süfrəniz da...
21/03/2026

🕌 Ramazan bayramınız mübarək

Bu gözəl bayram sizə və sevdiklərinizə sağlamlıq, xoşbəxtlik və bərəkət gətirsin.
Süfrəniz daim bol, ürəyiniz hər zaman rahat olsun ✨

🌱 Novruz bayramınız mübarək!✨ Bu bayram süfrələrinizə bolluq, evlərinizə sevinc, qəlblərinizə isə ümid və inam gətirsin....
20/03/2026

🌱 Novruz bayramınız mübarək!

✨ Bu bayram süfrələrinizə bolluq, evlərinizə sevinc, qəlblərinizə isə ümid və inam gətirsin.

🍃 Təbiətin oyandığı bu gözəl gündə sizə möhkəm sağlamlıq, güc, əzm və xoşbəxtlik arzulayırıq.

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.Hər il Ramazan ayında ənənəvi olaraq təşkil olunan “Sahibkarlarla iftar sü...
19/03/2026

Sahibkarlarla ənənəvi iftar süfrəsi keçirilib.

Hər il Ramazan ayında ənənəvi olaraq təşkil olunan “Sahibkarlarla iftar süfrəsi” bu il də sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirib.

Martın 10-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Buta Palace”da keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, biznes assosiasiyaları və müxtəlif sahələri təmsil edən Marsol Group partnyorları ilə yanaşı 600-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən İCMA-nın İdarə Heyətinin sədri və Marsol Group-un təsisçisi Tural Mustafayev bildirib ki, “Sahibkarlarla iftar süfrəsi” artıq 5-ci dəfə təşkil olunur. Onun sözlərinə görə, bu təşəbbüs sahibkarlar arasında ünsiyyətin gücləndirilməsi, əməkdaşlıq imkanlarının genişləndirilməsi və biznes ictimaiyyətinin bir araya gəlməsi baxımından mühüm platformaya çevrilib.

Tural Mustafayev həmçinin Marsol Group tərəfindən biznes əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr barədə məlumat verərək, qarşıdakı dövrdə reallaşdırılacaq təşəbbüslərin sahibkarlar üçün yeni imkanlar yaradacağını vurğulayıb.

Tədbirin davamında Marsol Group-un fəaliyyəti və həyata keçirdiyi layihələrə həsr olunan videolar nümayiş etdirilib. Eyni zamanda 17–20 iyun tarixlərində keçiriləcək 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin anons videosu təqdim olunub.

Tədbir çərçivəsində “Sahibkarlarla iftar süfrəsi”nin təşkilinə göstərdikləri dəstəyə görə “Veysəloğlu Şirkətlər Qrupu” və “Abşeron Ticarət Mərkəzi” xüsusi plaketlərlə təltif ediliblər.

Səmimi və işgüzar mühitdə keçən görüş iştirakçılar arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına və netvörkinq əlaqələrinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət quraraq fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Address

Əhməd Rəcəbli-3 Küçəsi 7
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125652353

Alerts

Be the first to know and let us send you an email when Meslehetci.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Meslehetci.az:

Share

Category