FAG-Accounting

FAG-Accounting Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from FAG-Accounting, Accountant, Baku.

Yaşayış binalarındakı mənzillər üçün vergi ödəməliyikmi?🏫 Mənzil əmlak hesab edildiyi üçün bu sualın cavabı vergi məcəll...
29/02/2024

Yaşayış binalarındakı mənzillər üçün vergi ödəməliyikmi?
🏫 Mənzil əmlak hesab edildiyi üçün bu sualın cavabı vergi məcəlləsinin 198.1.1-ci maddəsi (əmlak vergisi) ilə tənzimlənir.
🏠Belə ki, Vergi Məcəlləsinin 197.1-ci maddəsinə uyğun olaraq, fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikası ərazisində yerləşən tikililər və ya onların hissələri, həmçinin yerindən və istifadə edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəüqiyyatı vasitələri əmlak vergisi üzrə vergitutma obyektidir, yəni əmlak vergisinə cəlb edilir.

Bina dedikdə insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanılması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti başa düşülməlidir.

Əmlak vergisinin hesablanması əmlakın hansı zonada yerləşməsindən asılı olaraq faktiki sahədən 30 kv m sahə çıxılmaqla müvafiq zona əmsalına və məbləğə vurulur.
Misal: Bakı şəhəri, Həsən Əliyev küçəsində 130 kv m olan mənzil üzrə zona əmsalı 1.3 təyin edilib və hər kv metr üçün vergi 0.4 manat təşkil etdiyi üçün aşağıdakı şəkildə əmlak vergisi hesablanacaqdır:

(130-30)*1.3*0.4 manat=52 manat

İstinad: Nazirlər Kabinetinin "Fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar" qərarı


📌 Təlim kariyerasına mühasib və vergi məsləhətçisi kimi başlamaq istəyənlər üçün nəzərdə tutulmuşdur.📝 Təlimin müddəti: ...
26/02/2024

📌 Təlim kariyerasına mühasib və vergi məsləhətçisi kimi başlamaq istəyənlər üçün nəzərdə tutulmuşdur.

📝 Təlimin müddəti: 1.5 ay (6 həftə)

📅 Təlim həftədə 2 dəfə olmaqla saat 19:00-dan 21:00-dək davam edəcəkdir.

✅ Təlimi uğurla bitirən namizədlər sertifikatla təmin olunacaq və işlə təmin olunmasına köməklik göstəriləcəkdir.
🥇Qiymətləndirmə imtahanında 85% üzərində nəticə göstərən iştirakçıya ödənişin 50 %- i geri qaytarılacaqdır.

📲ətraflı məlumat üçün DM ( _online_muhasib )
Wp: 0516355938 ( bioda wp link vardır)

📜 Təlimin proqramı:

👩🏼‍💻 Vergi və sosial tutulmalar haqqında ilkin anlayışlar;
👨‍💻Elektron vergi sistemləri ilə tanışlıq və istifadə qaydaları;
👩🏼‍💻Elektron-qaimə və alış aktının tərtib edilməsi;
👨‍💻İcarə müqavilələri və obyekt kodun alınması;
👩🏼‍💻Ödəmə Mənbəyində Vergi və hesabatın tərtibi qaydaları;
🧑‍💻Fiziki şəxslərin gəlir vergisinin uçotu və hesabatı;
👩🏼‍💻Sadələşdirilmiş vergi və bəyannamə tərtibatı;
🧑‍💻Əlavə Dəyər Vergisi və bəyannamə tərtibatı;
👩🏼‍💻Torpaq, Mədən, Əmlak və Aksiz vergiləri və bəyannamələrinin tərtibatı;
🧑‍💻Mənfəət Vergisi və bəyannamə tərtibatı;
👩🏼‍💻Cari Vergi arayışlarının tərtibatı;
👨‍💻Əmək haqqı hesablanması;
👩🏼‍💻Ödəniş tapşırıqlarının hazırlanması ( ƏDV və bank hesablarından);
👨‍💻Gömrük bəyannamələri və ödəniş üzrə kod alınması;
👩🏼‍💻Nağdsız hesablaşmalar haqqında qanun;
👨‍💻Riskli Vergi Ödəyiciləri haqqında məlumat.

⚖️2024-cü ildə Vergi Məcəlləsinə edilmiş vətəndaşları maraqlandıran dəyişikliklərdən biri də banklarda olan əmanətlərə t...
26/02/2024

⚖️2024-cü ildə Vergi Məcəlləsinə edilmiş vətəndaşları maraqlandıran dəyişikliklərdən biri də banklarda olan əmanətlərə tətbiq edilən vergilərdir. Belə ki:
💸2016 cı ilin 1 fevral tarixindən etibarən 7 il müddətinə əmanətlər üzrə faiz gəlirləri gəlir vergisindən azad idi.
✔️1 fevral 2023 tarixindən etibarən isə əmanətlər (depozitlər) üzrə faiz gəlirlərindən 10 % ödəmə mənbəyində vergilər banklar tərəfindən tutularaq büdcəyə ödənilirdi.
2024-cü ilin 1 yanvar tarixindən etibarən aşağıdakı dəyişikliklər qüvvədə olacaqdır:
✔️ Fiziki şəxsin hər bir bankda milli valyutada olan depoziti 18 ay və daha artıq müddətə yerləşdirildikdə və depozit məbləği 18 aydan tez olmayaraq bank tərəfindən ödənildikdə hesablanan faiz gəlirləri tam şəkildə 3 il müddətinə gəlir vergisindən azaddır.
✔️Hər bir bankda milli valyutada olan əmanətlər üzrə aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi gəlir vergisindən azad edilir.


Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər:Maddə 6.a) hərbi qulluqçular;b) məhkəmə hakimləri;c) Milli Məclis deputatları...
26/02/2024

Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslər:
Maddə 6.
a) hərbi qulluqçular;
b) məhkəmə hakimləri;
c) Milli Məclis deputatları və bələdiyyələrə seçilmiş şəxslər;
ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını AR-da fəaliyyət göstərən müəssisədə (filial, nümayəndəlik) yerinə yetirən əcnəbilər;
d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslər.


 #2024-cü il üzrə istehsalat təqvimi
26/02/2024

#2024-cü il üzrə istehsalat təqvimi

🖨️Nəzarət-kassa aparatı -- Malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə...
26/02/2024

🖨️Nəzarət-kassa aparatı -- Malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir.


⚡️İşçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ akt...
26/02/2024

⚡️İşçilərin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququnu təmin etmək məqsədilə Əmək Məcəlləsində və digər normativ aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.


👇🏻Aşağıdakı tələblərin birinə cavab verən istənilən şəxs:⚡️Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azər...
26/02/2024

👇🏻Aşağıdakı tələblərin birinə cavab verən istənilən şəxs:
⚡️Təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Reapublikasının ərazisində olan;
⚡️Təqvim ili içərisində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
⚡️182 gündən az ölkədə olduqda isə aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla AR-nın rezidenti sayılır:
- daimi yaşayış yeri
- həyati mənafelərinin mərkəzi
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı.


👉🏻Hüquqi şəxs- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda ya...
26/02/2024

👉🏻Hüquqi şəxs- Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar;
👉🏻Fiziki şəxs- Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslərdir.



📲051 635 59 38

⚖️Vergi Məcəlləsinin 153-cü maddəsi ilə tənzimlənən Əlavə Dəyər Vergisi (ƏDV) kənd təsərrüfatı üçün digər fəaliyyət sahə...
26/02/2024

⚖️Vergi Məcəlləsinin 153-cü maddəsi ilə tənzimlənən Əlavə Dəyər Vergisi (ƏDV) kənd təsərrüfatı üçün digər fəaliyyət sahələrinə nisbətdə fərqli tənzimlənir, yəni ticarət əlavəsinə tətbiq olunur.
Misal: Kənd təsərrüfatı ilə məşğul olan sahibkar dəyəri 1000 manat məhsulu 2000 manata satmışdır. Bu zaman ƏDV aşağıdakı şəkildə hesablanır:
Ticarət əlavəsi: 2000-1000=1000 manat;
ƏDV: 1000*18%= 180 manat.



📲 051 635 59 38

👩🏼‍💻 Əmək funksiyası- əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli ...
23/02/2024

👩🏼‍💻 Əmək funksiyası- əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur (Əmək məcəlləsi- Maddə 3).



📲 051 635 59 38

💶💳"Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən (maddə 3.4.11) pərakəndə satış zamanı təqdim edilən malların dəyəri 4 m...
23/02/2024

💶💳"Nağdsız hesablaşmalar haqqında" qanuna əsasən (maddə 3.4.11) pərakəndə satış zamanı təqdim edilən malların dəyəri 4 min manatdan artıq olduqda (bir əməliyyat üzrə) ödənişi mütləq şəkildə nağdsız qaydada aparmanız sizdən tələb olunacaqdır.

⚖️Əgər qanun tələbləri pozularsa, o zaman vergi məcəlləsinin 58.7-ci maddəsinə əsasən qanun pozuntusuna hesabat ili ərzində birinci dəfə yol verildikdə sahibkarı satılan malın dəyərinin 10%, 2-ci dəfə 20%, 3 və daha çox halda olduqda isə 40% i miqdarında maliyyə sanksiyası gözləyir.



📲wp: 051 635 59 38

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when FAG-Accounting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category