CS GROUP Azerbaijan

CS GROUP Azerbaijan - Mühasibat xidmətləri
- HR xidmətləri
- Hüquqi xidmətlər Həmin andan etibarən biz konsaltinq bazarında fəal işləməyə başladıq.

2012-ci il avqustun 31-də Azərbaycan Respublikasının paytaxtında "C&S GROUP" şirkəti öz fəaliyyətinə başlamışdır. Müştərilərimizin yüksək keyfiyyətli xidmətlərdən istifadə etmək, savadlı məsləhətlər almaq və aldıqları xidmətlərin yüksək səviyyəliliyinə qəti əmin olmaq imkanı əldə edə bilmələri üçün biz müxtəlif, lakin bir-biriləri ilə sıx əlaqəli olan sahələrin təcrübəli mütəxəssislərini bir kolle

ktivdə birləşdiririk. Şirkətimiz müştərilər üçün texnologiya, innovasiya və yüksək keyfiyyət standartlarını bir araya gətirir. C&S Group-un əsas məqsədi hər bir sahibkar üçün münasib olan qiymətə yüksək keyfiyyətli xidmət göstərməkdir. Bunun üçün məqsədimizə yönəlmiş komandamız inkişaf etməkdə davam edir və müştərilərlə müvəffəqiyyətli iş sayəsində hüquqi yardım, əcnəbilər üçün miqrasiya xidmətləri, biznes proseslərin avtomatlaşdırılması, mühasibat müşayiəti kimi kompleks konsaltinq xidmətləri göstərir. Şirkətimizin ştatı çox yüksək ixtisaslı mütəxəssislərdən ibarətdir və onlar gündən-günə müştərilərimizin rifahı üçün öz bacarıqlarını təkmilləşdirirlər. Onlar həm ixtisaslı iqtisadçılar, həm də öz işlərini yaxşı bilən hüquqşünaslar və nüfuzlu mühasiblərdir. Onlar bu təcrübələrini, biliklərini və bacarıqlarını Sizin xidmətinizə təqdim etməyə hazırdırlar. Biz ən qısa zaman ərzində lazım olan müfəssəl konsultasiyaları Sizə təqdim edəcəyik və yaxud özümüz bütün lazım olan əməliyyatları yerinə yetirəcəyik. C&S Group olaraq, öhdəsindən gələ biləcəyimiz işlərin sözünü verər və bizə müraciət edib əməkdaşlıq etmək istəyənləri qane etmək üçün ciddi-cəhdlə çalışarıq. Sizinlə bilik və təcrübəmizi bölüşmək, əməkdaşlıq və tərəfdaşlıq üçün həmişə hazırıq. Biz, sizə göstərilən xidmətlərin keyfiyyətini, məxfiliyini və etibarlılığını təmin edirik.

C&S Group MMC “Mühasib təcrübəçi” vakansiyasını açıq elan edir:Tələblər:- İqtisad Universitetinin məzunlarına və ya magi...
14/04/2025

C&S Group MMC “Mühasib təcrübəçi” vakansiyasını açıq elan edir:
Tələblər:

- İqtisad Universitetinin məzunlarına və ya magistratura pilləsi üzrə təhsil alan tələbələrə üstünlük verilir;
- Mühasibatlıq üzrə təlimlərdə iştirakı arzuolunandır;
- Microsoft Office (Word, Excel) proqramlarında işləmə bacarığı;
- İşləri operativ şəkildə təhlil bacarığı;
- Peşəsinə yüksək motivasiya ilə yanaşma;
- Fərdi və komanda da işləmə bacarığı;
- Səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti;
- Ünsiyyət qurma və səlis danışıq qabilliyyəti;
- Azərbaycan dili əla səviyyədə, ingilis dili və rus dili arzuolunandır;
- Yaş həddi: 22-30.

İş şərtləri:
- AR Əmək Qanunvericiliyinə əsasən minimum əmək haqqı ilə sənədləşmə;
- Təcrübə proqramı ödənişlidir (şirkət tərəfindən təcrübəçiyə ödəniş olunur);
- İş qrafiki: bazar ertəsi - cümə (09:00-18:00), nahar 13:00-14:00;
- Şirkət fəaliyyəti; mühasibatlıq və maliyyə, HR və hüquqi xidmətlər üzrə konsaltinq;
- Ünvan: Səbail ray., Zərifə Əliyeva 111, Yeni Hayat Plaza;
- Təcrübə proqramını müvəffəqiyyətlə tamamlayan təcrübəçilər şirkətimizdə işlə təmin olunma şansı qazanacaq.

Maraqlanan əməkdaşlardan cv-lərini “Təcrübəçi” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur.

Hörmətli həmkarlar, dəyərli dostlar və sadiq izləyicilərimiz! Sizi Novruz bayramı münasibətilə təbrik edirik! Bu əziz ba...
20/03/2025

Hörmətli həmkarlar, dəyərli dostlar və sadiq izləyicilərimiz!
Sizi Novruz bayramı münasibətilə təbrik edirik! Bu əziz bayram günlərində sizə və əzizlərinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və səadət arzu edirik! İşləriniz uğurlu olsun!🌸

Torpaq çərşənbəsi ilə Novruz çərşənbələri geridə qalır. Ən gözəl bayramımız - Novruz gəlir!
18/03/2025

Torpaq çərşənbəsi ilə Novruz çərşənbələri geridə qalır. Ən gözəl bayramımız - Novruz gəlir!

Yel Çərşənbəsi ilə Novruza bir addım daha yaxınlaşırıq. Bayramınız mübarək!🌸
11/03/2025

Yel Çərşənbəsi ilə Novruza bir addım daha yaxınlaşırıq. Bayramınız mübarək!🌸

Əziz xanımlar! Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizləri təbrik edirik! Sevgi, xoşbəxtlik və dəyər görəcəyiniz bir...
08/03/2025

Əziz xanımlar! Beynəlxalq Qadınlar Günü münasibəti ilə sizləri təbrik edirik! Sevgi, xoşbəxtlik və dəyər görəcəyiniz bir ömür diləyirik!💐

Od – həyatın, istiliyin və ümidin rəmzidir. Qoy bu müqəddəs gün hər evə sevinc, hər ürəyə istilik gətirsin!🔥
04/03/2025

Od – həyatın, istiliyin və ümidin rəmzidir. Qoy bu müqəddəs gün hər evə sevinc, hər ürəyə istilik gətirsin!🔥

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir. Soyqırım qurbanlarının xatirəsini dərin hüzn və ehti...
26/02/2025

Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətdir. Soyqırım qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik!🥀

Bu gün Azərbaycanda baharın ilk müjdəçisi - Su çərşənbəsi qeyd olunur. Qoy Su çərşənbəsi ölkəmizə və xalqımıza su kimi p...
25/02/2025

Bu gün Azərbaycanda baharın ilk müjdəçisi - Su çərşənbəsi qeyd olunur. Qoy Su çərşənbəsi ölkəmizə və xalqımıza su kimi pak və təravətli günlər bəxş etsin!

20 Yanvar – azadlıq uğrunda canını fəda edən qəhrəmanlarımızın anım günüdür. Bu gün, həm ağrı, həm də qürur tariximizdir...
19/01/2025

20 Yanvar – azadlıq uğrunda canını fəda edən qəhrəmanlarımızın anım günüdür. Bu gün, həm ağrı, həm də qürur tariximizdir. Şəhidlərimizin xatirəsi əbədi olaraq ürəklərimizdə yaşayacaq🥀

Bu gün Cənab Prezident İlham Əliyevin doğum günüdür!İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ölkəmizin inkişafı y...
24/12/2024

Bu gün Cənab Prezident İlham Əliyevin doğum günüdür!

İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ölkəmizin inkişafı yolunda göstərdiyi əvəzsiz xidmətlər üçün təşəkkür edirik!

09/11/2024
Şanlı günün mübarək, Azərbaycan!🇦🇿
08/11/2024

Şanlı günün mübarək, Azərbaycan!🇦🇿

Address

Baku
100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994552451515

Alerts

Be the first to know and let us send you an email when CS GROUP Azerbaijan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CS GROUP Azerbaijan:

Share