Real-Price And-Consulting

Real-Price And-Consulting RPC-qabaqcıl biznes yanaşması, bir neçə sahələr üzrə təcrübəyə, texnoloji yeniliklərə malik və peşəkar əməkdaşlara sahib olan yerli şirkətdir.

- Vergi xidmətləri və məsləhətləri
https://www.facebook.com/taxesconsalting
- Sığorta xidmətləri və məsləhətləri
https://www.facebook.com/sigortaagenti
- Endirim kartı layihəsi
https://www.facebook.com/dostkart
- Web saytların hazırlanması
- Restoran, Otel, Mobil telefon (İOS; Android) üçün proqram təminatların hazırlanması
https://www.facebook.com/Real.Price.and.Consulting
- Cerruti 1881 Brendini

n korporativ məhsullarının sifarişi və satışı
https://www.facebook.com/Cerruti1881
- Təhlükəsizlik Kameralarının satışı və quraşdırlıması
https://www.facebook.com/Tehlukesizlik.kameralari

Qarşıdan gələn Yeni iliniz və Dünya Azərbaycanlıların həmrəylik gününüz mübarək!
31/12/2015

Qarşıdan gələn Yeni iliniz və Dünya Azərbaycanlıların həmrəylik gününüz mübarək!

Yeni ildə arzu edirik ki, bütün arzularınız həyata keçsin,Sağlam həyat tərzi yaşayasınız və heç bir hüquq pozuntusu ilə rastlaşmayasınız.
Yeni İLİNİZ Mübarək!

Bayraq gününüz mubarək!
09/11/2015

Bayraq gününüz mubarək!

Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar, nümayişlər zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır.
Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Bayraq bayramımız Mübarək!

#юрист

Təbrik edirik!
05/10/2015

Təbrik edirik!

Ən lazımlı,müqəddəs və hər zamanın tələbinə uyğun peşə sahiblərimizi təbrik edirik!

Əziz Prokurorluq işçiləri, Peşə bayramınız mübarək!
01/10/2015

Əziz Prokurorluq işçiləri, Peşə bayramınız mübarək!

Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibəti ilə Təbrik edirik!

Ad gününüz mübarək!
26/08/2015

Ad gününüz mübarək!

Şirkətimiz adından ölkəmizin birinci xanımı Mehriban Əliyevanı ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.
Ad gününüz Mübarək!

Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır:1. daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə ...
24/08/2015

Kargüzarlıq xidmətinin əsas vəzifələri aşağıdakılardır:
1. daxil olan sənədləri qəbul etmək, qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək və icraçılara çatdırmaq;
2. sənədləri göndərmək;
3. sənədlərin icra müddətinə nəzarət etmək;
4. icra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək;
5. sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək;
6. sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək;
7. sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
8. kargüzarlığın müntəzəm surətdə təkmilləşdirilməsi məqsədi ilə təşkilatın bütün fəaliyyət sahələrində kargüzarlıq işinə metodiki rəhbərliyi həyata keçirmək, kargüzarların peşə hazırlığını artırmaq;
9. tabe təşkilatlarda kargüzarlığın aparılmasına nəzarət etmək.

DIQQƏT!!!
09/08/2015

DIQQƏT!!!

"Bilirsiniz ki, təhqirlərə görə "Uefa Avropa Liqası", "Apollon" və "Seltik" səhifələri artıq Azərbaycanı ban edib və Avropada yavaş-yavaş p*s xalq kimi tanınmağa başlamışıq. "Atletik" (Bilbao) səhifəsi isə yazılan təhqirləri silməklə kifayətlənirdi. İspan dili bilən bir nəfərlə kluba e-mail yazdıq. Dedik niyə ban etmək yerinə silmək üsulunu seçirsiniz? Təxminən 2 saat sonra cavab gəldi:

"Bizə yazdığınız üçün təşəkkürlər. Bizi təhqir etməyən azərbaycanlıların yazması sevindiricidi. Biz elə bilirdik sizin hamınız eynisiniz. Biz Azərbaycanı bloka atmaq istəmirik. Ən azından Bu "Atletik" (Bilbao) və İspan futboluna yaraşmaz. Səviyyəmizi aşağı salmaq istəmirik"

İndi isə azarkeşlər "BSC Young Boys" və "Panathinaikos" səhifələrinə hücum çəkir, təhqir yazır. Sizin fikrinizcə təhqir ilə klublarımızın tur keçəcəyinə inanırsınız? İndiyə qədər hansı bir futbol klubu buna görə tur keçib? Azərbaycan xalqını dünyaya p*s xalq kimi tanıdırsınız.

Bir İsveçrəli azarkeşin yazdığı belə idi: "Azərbaycan azarkeşlərinin psixoloji problemi var? Niyə ancaq bura yazırlar? Biz heç onların səhifələrinə yazmırıq. Biz dost olmaq istəyirik amma onlar bizi təhqir edirlər. Admin, öyrən gör Azərbaycanlılar bizə niyə düşmən kimi rəftar edib. Axı biz onlara p*slik etmədik". Baxın, bunu bir isveçrəli azarkeş yazmışdı.

Bu sözlər qara ləkədi. Təhqirlə turu keçəcəyimizi bilsəm ora hər dildə yazaram. Amma olmur. Təhqirlə ölkəmizin səviyyəsini aşağı salırsınız. Maraq üçün püşkatmaya uyğun olaraq klubların səhifələrinə baxdım. Sadəcə olaraq "Panathinaikos" və "BSC Young Boys" səhifələrində azarkeş təhqirlərinə rast gəldim. Qalan səhifələrdə bir-birlərinə uğurlar arzu edirlər. Axı bizdəki problem nədir? Niyə ancaq biz fərqlənək? O səhifəyə təhqir yazanların 95% heç "Qəbələ" və "Qarabağ"ın liqa matçlarına getmir. Amma iş Avropaya çatanda bizi hər kəsə p*s xalq kimi tanıdır. "Seltik"ə o qədər söz yazdınız. Deyin bir xeyiri oldu? "Qarabağ" turu keçdi? Fanatik azarkeş belə olmur. Fanatik azarkeş stadiondakı dəstəyi ilə fərqlənir. Ora təhqir yazanların çoxu "Qarabağ" və "Qəbələ" hətta Azərbaycan bayraqlarını yerə atanlardı".

Paylaşın ki, hər kəs oxusun.. (c)

Zahid Muradlı

23/07/2015

“Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb ki, xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkətı istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılsın. Gündüz saatlarında kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə razılaşdırılmaqla, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin xüsusi icazələri əsasında təşkil edilsin.

Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Bakı şəhərinə respublikanın şəhər və rayonlarından, həmçinin ölkə xaricindən gələn ümumi istifadədə olan nəqliyyat vasitələri istisna olmaqla, digər növ avtonəqliyyat vasitələri üçün şəhərin cənub və şimal istiqamətlərindən giriş ərazilərə yaxın yerlərdə bütün zəruri şəraiti olan ödənişsiz duracaqların təşkili ilə bağlı təklifləri üç gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər. Eyni zamanda, Bakı şəhərinə gələn taksi avtomobilləri üçün şəhərə daxil olmadan çatma məntəqəsi kimi Bakı Beynəlxalq Avtovağzalı təyin olunsun.

Daxili İşlər Nazirliyinə duracaqların tikintisini 2015-ci ilin sentyabrın 1-dək başa çatdırmaq, Nəqliyyat Nazirliyinə isə duracaqlardan istifadə edən sürücülərin və sərnişinlərin Bakı şəhərinin daxilinə çatdırılması üçün avtobus və taksi dayanacaqlarının və müvafiq avtobus marşrutlarının təşkilini təmin etmək tapşırılıb.

Həmçinin qərarda Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yeni sərnişin qatarlarının bu ilin sentyabrın 15-dək istismara verilməsi də öz əksini tapıb.

Qərarda qeyd olunub ki, Nəqliyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyi paytaxtda şəhərdaxili müntəzəm avtobus marşrutlarının optimallaşdırılması, marşrutlara tələbata uyğun sayda avtobusların buraxılması, avtobus dayanacaqlarının hərəkətə maneə yaradan yerlərdən, xüsusilə yol kəsişmələri ətrafından köçürülməsi və mümkün olan yerlərdə dayanacaq üçün “ciblər”in yaradılması ilə bağlı zəruri tədbirlər görsünlər, şəhərdaxili avtobus marşrutlarında hərəkət cədvəllərinə və hərəkət sxemlərinə riayət olunmasına nəzarəti gücləndirsinlər, cərimələrin tətbiqini təmin etsinlər.

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin xüsusi zolaqla hərəkətinin təmin edilməsi məqsədi ilə müvafiq avtomobil yollarının siyahısını müəyyənləşdirməli, bu zolaqlarda göstərilən növ nəqliyyat vasitələrinin hərəkətinin təşkili ilə bağlı təklifləri 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.

Nəqliyyat Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə müvafiq şirkətlərlə danışıqlar aparmaqla, Bakı şəhərinə gətirilən qum, çınqıl, daş, sement və digər tikinti materiallarının, həmçinin Bakı şəhəri ətrafındakı karxanalardan aparılan daş, istehsal müəssisələrindən sement və digər tikinti materiallarının dəmir yolu nəqliyyatı ilə daşınmasının təşkili ilə bağlı tədbirlər görməli və bu barədə ayda bir dəfə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına məlumat verməlidir.

Təhsil və Səhiyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlar tabeliyindəki həyətyanı əraziləri olan səhiyyə, ali təhsil, elmi-tədqiqat idarə, müəssisə və təşkilatlar işçilərinin şəxsi avtomobillərinin iş vaxtı ərzində həmin ərazilərdə parklanmasını sentyabrın 1-dən etibarən təmin etməlidirlər.

Nəqliyyat Nazirliyinə tapşırılıb ki, “Bakı dairəvi-1” yoluna Ziya Bünyadov prospektindən birbaşa yolun inşası ilə bağlı təklifini 10 gün müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etsin.

Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti aidiyyəti orqanlarla razılaşdırmaqla, Bakı şəhərinin avtomobil yollarında piyadaların təhlükəsiz və sərbəst keçidinin təmin olunması üçün yüngül konstruksiyalı yerüstü piyada keçidlərinin tikintisi zəruri olan yerləri müəyyənləşdirməli və həmin keçidlərin inşası üzrə layihələri 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim etməlidirlər.

Həmçinin Təhsil Nazirliyi təhsil müəssisələrində fərqli iş qrafikinin tətbiqi barədə təkliflərini 1 ay müddətində Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına göndərməlidir.

Ramazan bayramınız mübarək!
17/07/2015

Ramazan bayramınız mübarək!

Müqəddəs Ramazan bayramı münasibəti ilə hamınızı təbrik edirik.Allah tutulan orucu və edilən duaları qəbul etsin.AMİN.

Əziz dostlar, Bayramınız mübarək!
26/06/2015

Əziz dostlar, Bayramınız mübarək!

09/06/2015

Endirim xoşlayanlar üçün müjdə!

Bütün xidmət və ticarət sahələri üzrə Xərclərinizi 50%-dək qənaət edən Unikal Endirim kartıdır.

Друзья, сегодня Всемирный день детей! Поздравляем всех детей, родителей, бабушек и дедушек! Дети наше будущее.Dostlar, b...
01/06/2015

Друзья, сегодня Всемирный день детей!
Поздравляем всех детей, родителей, бабушек и дедушек! Дети наше будущее.
Dostlar, bugün Beynəlxalq uşaqlar günüdür!
Bütün uşaqları, valideynləri, nənələri və babaları Təbrik edirik! Uşaqlar bizim gələcəyimizdir.

Address

Проспект Гусейна Джавида 30
Baku
AZ1141

Alerts

Be the first to know and let us send you an email when Real-Price And-Consulting posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Real-Price And-Consulting:

Share