06/02/2023
Müəssisəyə məxsus tikili və avadanlıqların vaxtaşıri təmirə ehtiyacı olur. Təmir cari və ya əsaslı ola bilər.
Əsaslı təmir nəticəsində tikili və avadanlıqların bir sıra hissələrinin dəyişilməsi və bərpa olunması həyata keçirilir. Cari təmirin aparılması nəticəsində isə tikili və avadanlıqların vaxtından əvvəl köhnəlməsinin qarşısı alınır. Tikili və avadanlıqların əsaslı və cari təmiri təsərrüfat üsulu və ya podrat üsulu ilə aparıla bilər.
Podrat üsulu ilə aparılan təmir işləri - sifarişçi (müəssisə) ilə razılaşdırılmış qiymətlər əsasında podratçılar (hüquqi və ya fiziki şəxslər) tərəfindən müvafiq sənədlərlə (müqavilə, smeta, görülmüş işlər üzrə qəbul-təhvil aktı və digər uçot sənədləri) rəsmiləşdirilən yerinə yetirilmiş təmir işləridir.
Təsərrüfat üsulu ilə yerinə yetirilən təmir işləri - müəssisənin öz vəsaiti hesabına mövcud ştat cədvəlinə uyğun fəaliyyət göstərən tikinti şöbəsi (bölməsi), xüsusiləşdirilmiş briqada (dəstə), habelə mövsümi xarakterli təmir işlərinin aparılması (görülməsi) üçün müvafiq briqada (dəstə) vasitəsi ilə həyata keçirilən təmir işləridir.
Podrat üsulu ilə təmir işləri podratçılarla razılaşdırılmış qiymətlə, təsərrüfat üsulu ilə təmir işləri isə faktiki maya dəyəri ilə uçota alınır.
Cari təmir məsrəfləri
Cari təmir məsrəfləri – tikili və avadanlıqların hər bir kateqoriyasının saxlanılması, istismarı və vaxtından əvvəl köhnəlməsinin qarşısının alınması üçün (o cümlədən ayrı-ayrı hissələrinin dəyişdirilməsi, bərpası, rənglənməsi, yağlanması, sazlanması) hesabat ili ərzində onlara texniki baxışın keçirilməsi və texniki xidmətin göstərilməsi ilə bağlı olan məsrəflərdir.
Norma daxilində cari təmir məsrəfləri – qanunvericiliklə müəyyən edilmiş normalar həddində tikili və avadanlıqlara hesablanmış məsrəflərdir.
🔶 Xidmətlərimizdən yararlanmaq üçün⤵️
📞 +994 50 299 95 02 (WhatsApp)
📩[email protected]