03/08/2022
Bildiyiniz kimi hər bir dövlətin büdcəsinin formalaşmasında vergilər əsas rol oynayır. Ona görə də fiziki və hüquqi şəxslərin vergiləri vaxtında, düzgün hesablaması və ödəməsi həm qanunlara riayət edilməsini, həm də vətəndaş məsuliyyətini ehtiva edir. Bu sahəyə ixtisaslı mütəxəssisləri cəlb edib aşağıdakı xidmətləri göstərərək sizi vergi orqanı tərəfindən inzibati məsuliyyətə və cərimə sanksiyalarına cəlb olunmaq qayğısından azad edirik.
- Vergi qeydiyyatı və VÖEN (Vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) açılması
- Vergi öhdəliklərinin düzgün müəyyənləşdirilməsi, fəaliyyətinizə və gəlirinizə uyğun vergi növünün seçilməsi
- Vergilər departamenti tərəfindən qanunvericiliyin pozulmasına görə tətbiq edilən cərimə və maliyyə sanksiyalarının məhkəmə və inzibati qaydada həllinin təmin edilməsi
- Vergi mübahisələrinin həllinə kömək
- Vergilərlə bağlı digər məsləhətlərin və xidmətlərin verilməsi
Ətraflı məlumat almaq üçün direktə yaza və ya bu nömrə ilə əlaqə saxlaya bilərsiniz :+994 51 575 45 79